MEK-ə “Azərbaycan dilinin tarixi. Ən qədim dövrlərdən XIII əsrə qədər” kitabının yenidən işlənmiş ikinci nəşri daxil olub
  
563

AMEA Mərkəzi Elmi Kitabxanasına  (MEK) Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi. Ən qədim dövrlərdən XIII əsrə qədər ” kitabının yenidən işlənmiş ikinci nəşri daxil olub. Kitab ən qədim dövrlərdən XIII əsrə qədər  Azərbaycan dilinin yaranma tarixini əks etdirir.
Qədim Azərbaycan türkcəsinin geniş şəkildə tədqiq edildiyi kitab -  "Dünya dillərinin qohumluğu – Monogenez problem", "Protodillərin parçalanması dövrü", "Şumerlər və Azərbaycan", "Şumer dili", "Dil ailələrinin yaranması", "Protoazərbaycan dili dövrü", "Azərbaycan dilinin əmələ gəlməsi", "Şifahi ədəbi dilin təşəkkülü(VI-VIII əsrlər)", "Yazılı ədəbi dilin təşəkkülü(IX-XI əsrlər)" və s. dövrü bölmələrdən ibarətdir.
Tarixçi Qiyasəddin Qeybullayevin unudulmaz xatirəsinə ithafən yazılmış dərslik ixtisas sahibləri, sahə araşdırmaçıları ilə yanaşı həm də zəngin dilimizin qədim tarixi ilə maraqlanan.geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82