MEK - ə “Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu” kitabı təqdim edilib
  
564

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Kəmalə SofiyevanınOsmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolukitabı daxil olub. Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Tarixbölməsinin 07.06.2017-ci il tarixli 5 nömrəli iclas protokolu ilə dərs vəsaiti kimi tövsiyyə edilmişdir. Kitabın müəllifi Bakı Dövlət Universitetinin müəllimi, tarixçi Kəmalə Sofiyeva, kitabın elmi redaktoru isə tarixçi alim, professor Tofiq Mustafazadədir.

Kitab erməni daşnak və rus bolşevik birləşmələrinin Azərbaycanda törətdikləri qırğınlardan Azərbaycanlı müsəlmanları xilas etmək üçün köməyə gələn osmanlı ordusunun təmənnasız yardımına həsr olunmuş dərs vəsaitidir. Azərbaycan, türk, rus dillərində geniş ədəbiyyat və arxiv sənədləri əsasında yazılmış dərs vəsaiti tarix, şərqşünas fakültələrinin magistrləri, tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82