MEK-ə daxil olan “İrəvan xanlığı toponimləri” adlı monoqrafiyada İrəvanın gerçək tarixi toponimlər əsasında əks olunub
  
565

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “İrəvan xanlığı toponimləri” kitabı daxil olub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Almaz Bayramova, elmi redaktoru isə tarixçi alim, professor Vilayət Əliyevdir.
Toponimlər onomastikanın ən işlək və ən maraqlı sahəsi olub, hər bir xalqın etnik tərkibini, tarixi coğrafiyasını, tarixini, coğrafi mövqeyini özündə əks etdirən “tarixin daş yaddaşıdır”. Toponimlər eyni zamanda hər bir xalqın dilinin qədimliyinin, tarixiliyinin, fəaliyyət dairəsinin öyrənilməsində əvəzedilməz mənbədir.
Monoqrafiyada İrəvan xanlığı toponimləri linqvistik baxımdan təhlil edilib, xanlığın  tarixi coğrafiyası, etnik tərkibi, toponimlərinin leksik-semantik xüsusiyyətləri, əmələ gəlmə yolları ilk dəfə olaraq geniş şəkildə araşdırılıb.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82