MEK-ə daxil olan “Azərbaycan tarixinin öyrənilməsində bədii ədəbiyyat mənbə kimi”dərsliyində tariximiz ədəbi abidələrdən araşdırılıb
  
566

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Azərbaycan tarixinin öyrənilməsində bədii ədəbiyyat mənbə kimi” adlanan yeni dərs vəsaiti daxil olub. Azərbaycan Respublikası Təhsil Nazirinin 26.05.2015-ci il tarixli 606 saylı əmri ilə verdiyi qrifə əsasən nəşr olunmuş kitabın müəllifi  tarixçi dosent Sevda İsmayılovadır.
Dərs vəsaiti tarix fakültəsinin II kurs bakalavr pilləsində təhsil alan Azərbaycan tarixi kursunu öyrənən tələbələrə kömək məqsədilə hazırlanıb. Vəsaitdə Azərbaycan tarixinin öyrənilməsində bədii ədəbiyyatın rolu konkret şəkildə araşdırılıb. Dərslikdə XIX əsrin II yarısı Şimali Azərbaycan bədii ədəbiyyatının Azərbaycan tarixi məsələlərinin əksinə görə digər tarixi mənbələr içərisində yeri və rolu müəyyənləşdirilimiş, bədii ədəbiyyatda tariximizin ictimai-siyasi, sosial-iqtisadi, maarifçilik problemlərini əks etdirən məlumatların geniş yer alması, bunların dövrün real mənzərəsini yaratmağa imkan verməsi göstərilmişdir.
Dərs vəsaitindən bakalavr pilləsində təhsil alan tələbələrlə yanaşı, magistrlar, müəllimlər və mütəxəssislər yararlana bilərlər.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82