Vikipediyada Ənvər Paşanın təltif etdiyi həmvətənimizə məqalə yaradılıb
  
574

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya təlimlərinin nəticəsi olaraq "Azərbaycanca Vikipediya" da növbəti məqalə yaradılıb. MEK-in  Sərbəst elektron resurslarla iş şöbəsinin (SER)  keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən yaradılan məqalə, 1918-ci ildə Bakının erməni daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmiş Musa Əhməd oğlu Ələsgərova həsr olunub.

Bakı qoçuları arasında “Dağ pişiyi”  ləqəbi ilə tanınan Musa Ələsgərovun ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birlikdə əsir düşmüş əsgərləri adadan qaçıraraq, öz vətəninə yola salırdı. Linkə daxil olmaqla Musa Ələsgərov haqqında ətraflı məlumat əldə edə bilərsiniz. https://az.wikipedia.org/wiki/Musa_%C6%8Fl%C9%99sg%C9%99rov



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82