Türkiyənin tanınmış elm adamları MEK-ə ekskursiya ediblər
  
685

Türkiyədən İstinye Universiteti və Liv Hospitalının bir qrup nümayəndəsi, tanınmış elm adamları, professorlar - Dr. Erdal Karaöz, Dr. Fatih Ağalar, Dr. Gürsel Turgut AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.
Görüş çərçivəsində MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qonaqlara kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. Daha sonra Türkiyəli alimlər sərgi salonunu, yardımçı fondları və oxu zallarını, Akademiklər zalında yaradılan diplomatik fondları gəzib, MEK-in Şərq ədəbiyyatı üzrə yardımçı və Nadir kitab fondunda unikal mənbələr və nadir nüsxələrlə tanış olublar. Ekskursiya zamanı alimlərin kitabxana ilə bağlı sualları cavablandırılıb, maraq doğuran kitablara nəzər salınıb.
Müəssisə ilə tanışlıqdan sonra MEK-in direktoru Leyla İmanova ilə görüşən alimlər kitabxananın zənginliyindən məmnunluqlarını ifadə edib, qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Sonda qonaqlarla xatirə şəkli çəkilib.

 

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82