MEK-də Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş aksiya keçirilib
  
699

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Ümumdünya QİÇS günü ilə əlaqədar aksiya keçirib. Hər il dekabr ayının 1-də Ümumdünya QİÇS-lə mübarizə günü kimi qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş QİÇS-lə mübarizə günü bu il artıq 27-ci dəfə keçirilir. Ötən əsrin ən böyük bəlası sayılan bu xəstəlikdən hazırda milyonlarla insan əziyyət çəkir.
Azərbaycan höküməti QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan və rus dillərində bukletlər təqdim olunub. QİÇS virusunun aşkarlanması, onunla mübarizə və s. məsələlərin əks olunduğu bukletlər MEK-in İctimai səhiyyə bölməsi tərəfindən kitabxananın oxu zallarında, yeməkxanasında yerləşdirilib.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana vaxtaşırı sağlamlıq barədə maarifləndirici tədbirlər keçirir.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82