“İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusunda M Ü S A B İ Q Ə
  

AMEA Azad Həmkarlar İttifaqı, Azərbaycan Su Təsərrüfatının İşçilərinin Həmkarlar İttifaqı və  

Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən


 “ İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusu istiqamətində M Ü S A B İ Q Ə elan olunur.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq yazı və poster/foto vəsaitlərini hazırlamalıdırlar:

“Azərbaycan Həmrəylik nümunəsi kimi ”,“İslam elm tarixində Azərbaycan məktəbi”, “Yeni dünya çağırışları: Avropa və İslam”,“İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər”, “Yeni dünya çağırışları: Azərbaycan və İslam”, “İslam və demokratiya: Tarix və Müasirlik”, “İslam həmrəyliyi: Dini və Mədəni müxtəlifliyin harmoniyası”, “İslam həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə”,  “Heydər Əliyev irsi və İslam həmrəyliyi “, “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”, “İslam mədəniyyətində qadın”, “İslam və iqtisadi inkişaf”, “İslam Mədəniyyəti: Problemlər və Perspektivlər”.

Müsabiqənin tələbləri: Müsabiqə ilə  maraqlanan HƏR KƏS iştirak edə bilər.

Hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər; Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də dərc olunmamalıdır; Məqalə 2000-8000 işarə həcmində olmalıdır; Mətn Times New Roman 14, sərlövhələr 16 şriftlə yazılmalı; Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; 

Müsabiqə üçün təqdim ediləcək yazılar arasından 10 ən yaxşı yazı seçiləcək və hər qalibə  300  AZN  mükafat veriləcək.

Posterlərin orijinal ölçüsü A1 formatda olmalıdır. Təqdim edilən elektron posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn (azərbaycan, ingilis, rus dillərində) əlavə oluna bilər. Posterin üzərində heç bir dövlət,  ictimai və özəl təşkilatın loqosu olmamalıdır. Posterin yuxarı sol küncündə Təşkilat Komitəsi tərəfindən yerləşdiriləcək müvafiq loqo üçün  9 x 9  sm ölçüdə boş yer saxlanılmalıdır.

Müsabiqə üçün təqdim ediləcək posterlər arasından 5 ən yaxşı poster / foto seçiləcək və hər qalibə   200 AZN   mükafat veriləcək.

Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 15 Oktyabr, 2017-ci il.

Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir – xeyale.mammadova@azersu.az, gunay.hasanli@azersu.az

Əlaqə telefonları:  (012) 431 47 67 (3430, 2272)