A.A.Umnyaşkinin MEK-də saxlanılan kolleksiyasından seçilmiş əsərlər
  
137

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında tibb elmləri doktoru, filoloq, şərqşünas, professor A.A.Umnyaşkinin zəngin kolleksiyası saxlanılır. Kolleksiya yazıçı tərəfindən yeni maraqlı nəşrlərlə zənginləşməyə davam edir. 

Oxuculara iki kitabı təqdim etmək istəyirik.

Qumuq əsilli türkoloq-alim Murad Acının 2004-cü ildə çap edilmiş "Türklər və dünya: məxfi tarix" kitabında Avrasiya və Şimali Afrika mənəvi mədəniyyətinin formalaşması ilə bağlı az bilinən hadisələrdən danışılır. Böyük Çölün və dinlərin mənşəyinin tarixinə xüsusi diqqət yetirilir. Kitab geniş oxucu kütləsi üçün anlaşılan dildə yazılmış və Türk dünyası tarixi ilə maraqlananlar üçün dəyərli mənbədir.

Professor, Drezden Dövlət Sənət kolleksiyasının sabiq direktoru, məşhur incəsənətşünas və araşdırmaçı-səyahətçi Karl Vermanın müəllifi olduğu ikinci kitab “Bütün zamanların və xalqların incəsənət tarixi” (İbtidai tayfaların, xristianlığa qədərki xalqların, Asiya və Afrikada məskunlaşan əhalinin qədim dövrlərdən XIX əsrə qədərki incəsənəti, I cild) ibtidai tayfaların və dünya xalqlarının incəsənətindən bəhs edir. Nəşr çoxsaylı maraqlı fotoşəkillər və rəsm əsərləri ilə zəngindir. Kitab sənət tarixinə aid məlumatları öz biliklərinə əlavə etmək istəyənlər üçün əla bir bələdçidir.


İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

pr.mek.az@gmail.com