“Mirzə İbrahimov və xalq yaradıcılığı” monoqrafiyası MEK-də
  
139

AMEA Mərkəzi Elmi kitabxanasına (MEK) Fazil Bəhmən oğlu Əliyevin “Mirzə İbrahimov və xalq yaradıcılığı” adlı monoqrafiyası daxil olub. 2013-cü ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Paşa Əfəndiyev, rəyçiləri filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Oruc Əliyevdir.

Monoqrafiya XX əsrdə Azərbaycan xalqının milli mənlik şüurunun inkişafında böyük xidmətləri olmuş yazıçı, publisist və dövlət xadimi  Mirzə İbrahimovun əsərlərində xalq yaradıcılığının tədqiqinə həsr edilib.  Kitabda böyük ədibin  xalq yaradıcılığına  dair elmi-nəzəri və ədəbi-tənqidi görüşləri, hekayə  və povestlərində xəlqilik, romanlarında, dramaturgiyasında folklordan istifadə məsələləri öz əksini tapmışdır.

 

İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82