MEK Lütfi Zadənin yüksək qiymət verdiyi Azərbaycan alimi haqqında məqalə hazırlayıb
  
149

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən keçirilən “Vikipediya” mövzusunda təlimlər zamanı təcrübə nümunəsi olaraq “Azərbaycan Vikipediya”sında texnika elmləri doktoru, dosent, Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi Şahnaz Şahbazova haqqında məqalə yaradılıb.

Azərbaycan Texniki Universitetinin professoru olan Şahnaz Şahbazova Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketinin yaradıcısıdır. 1995-ci ildə AMEA-nın Kibernetika İnstitutunun ixtisaslaşdırılmış şurasında "Relyasiya tipli verilənlər bazasında dinamikli qeyri-asılılığı təmin edən anomaliyasız emalın əməli-assosiasiv fiziki modeli" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, bir il sonra isə işlədiyi kafedrada dosent vəzifəsinə seçilib. Tədqiqat işlərini davam etdirən Ş.Şahbazova "Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları" mövzusunda doktorluq dissertasiyası işləyib hazırlayıb. Dissertasiya mövzusu üzrə 94 məqaləsi və 1 monoqrafiyası çap olunub.

Xatırladaq ki, dünya şöhrətli mərhum azərbaycanlı alim Lütfi Zadə onun haqqında yüksək düşüncələrini belə ifadə edib: "Mənim Dr.Şahnaz Şahbazova ilə tanışlığım 15 il bundan öncəki zamana təsadüf edir. Dr.Şahbazova bacarıqlı tədqiqatçı və istedadlı araşdırıcıdır. Dr. Şahnaz Şahbazovanın Berklidə olan müddətdə və Azərbaycanda fəaliyyəti zamanı qüsursuz işi, ədalətli proqram rəhbəri olmağından məmnunam".

Linkə daxil olmaqla məqalə ilə tanış ola bilərsiniz: https://az.wikipedia.org/wiki/%C5%9Eahnaz_%C5%9Eahbazova


İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

pr.mek.az@gmail.com