“Dünyamizin transformasiyasi: davamli inkişaf məqsədlərinin inteqrasiyasi və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı KONFRANS
  

 

“Global Kompakt”, “Azərsu” və “Azərbaycan Su Təsərrüfatı işçilərinin həmkarlar ittifaqı” nın birgə təşkilatçılığı ilə 24-25 noyabr, 2017-ci il tarixində Bakıda “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcək


Konfrans proqramı çərçivəsində aşağıdakı mövzular üzrə məqalə qəbulu elan edilir: “Fundamental Davamlı İnkişaf Məqsədləri Araşdırmasının rolu”, “BMT-nin Qlobal Saziş layihəsinin çoxsəviyyəli strategiyası və Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsinə dəstək olmaq üçün biznes bilinci və fəaliyyətininin sürətləndirilməsi”, “Hüquqi çərçivədə Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstəyin göstərilməsi”, “Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı”, “Səyahət,turizm və qonaqpərvərlik təcrübələrinin Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması”, “Elmi bilik və informasiyanın paylaşılması”, “Davamlı inkişaf üçün innovasiya və texnologiyanın rolu”, “İnsanın əsas ehtiyacları ilə bağlı elmi araşdırmalar”, “Davamlı İnkişaf Məqsədlərində İnformasiya Kommunikasiya Texnologiyalarının rolu”, “Elm, ətraf mühit və davamlı inkişaf”, “Davamlı İnkişaf üçün Sağlamlıq Araşdırmaları” , “Elm və Texnologiya”, “Elm və Təhsil”, “Davamlı İnkişaf Məqsədləri və Ali təhsil müəssisələrinin rolu”, “Sülh və münaqişələrin həlli üçün elm”, “Davamlı İnkişaf Məqsədlərinə İstiqamət :Gender Sxemi,Tədqiqat və Təcrübə”, “ Sosial tələblər və insan ləyaqəti”, “2030-cu ilə qədər bütün insanların həyatını dəyişmək üçün sosial müdaiə” , “Etik məsələlər”, “Elmdə iştirakın genişləndirilməsi”, “Müasir elm və digər bilik sistemləri”.

Məqalə qəbulu: Məqalə və təqdimatların göndərilməsi üçün son tarix: 1 noyabr, 2017-ci il
Çap olunmuş materiallar məcmuəsinin paylanması :
24-25 Noyabr, 2017

Məqalənin tələbləri: Məqalələr orijinal olmalı və indiyə qədər heç bir yerdə çap edilməməlidir.Daxil olan bütün məqalələr Konfransın Elmi Rəyçi qrupu tərəfi ndən nəzarətdən keçiriləcəkdir. Məqaləsi qəbul olunan müəllifl ər konfransa spiker kimi məqalə və təqdimatlarını təqdim etmək üçün dəvət olunacaqlar. Məqalə və xülasələr ingilis dilində yazılmalıdır. Bütün konfrans materialları “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı ( İSBN nömrə ilə) xüsusi nömrədə çap olunacaqdır.

Məqalələri bu elektron ünvanına göndərin: 2017sdgs@gmail.com.

Məqalənin təqdimat qaydası: A4 ölçülü kağız, altlıq və başlıqlara icazə verilmir, səhifələr nömrələnməməlidir. Məqalənin başlıq ölçüsü 14, Times New Roman, məqalənin alt başlıq ölçüsü 12, Times New Roman, məqalənin şrift ölçüsü 12,Times New Roman olmalıdır. Birinci səhifədə məqalənin adı, müəllifin adı, müəllifin iş yeri, müəllifi n e-poçt ünvanı, ikinci səhifədə 100-120 sözdən ibarət xülasə, açar sözlər (5-6 söz).  Üçüncü səhifədə bütöv məqalə- 3000 sözdən az olmamalı, son səhifədə ədəbiyyat siyahısı verilməlidir.

Konfransda aşağıdakı təqdimat formatları ilə çıxış etmək olar: Məqalə təqdimatı, video təqdimatı, poster təqdimatı. Konfransın bağlanış sessiyasında iştirakçılara aşağıdakı mükafatlar təqdim olunacaqdır:
Ən yaxşı Məqalə/Çıxış Mükafatı,  Ən yaxşı Poster/Təqdimat Mükafatı. Mükafat sahibi olan müəllif və həm-müəlliflər; İmzalanmış və möhürlü rəsmi sertifi kata sahib olacaqlar, Xüsusi veb saytlarda iştirakçıların uğurları ilə bağlı məlumatlar yerləşdiriləcəkdir. Konfrans rəsmi olaraq iki dildə: Azərbaycan və İngilis dillərində aparılacaqdır.

Əlaqə: Xəyalə Məmmədova Təşkilat Komitəsinin rəhbəri E-mail: 2017sdgs@gmail.com

Konfransın təşkilatçılığı ilə bağlı hər hansı bir sualınız olarsa, çəkinmədən müraciət edə bilərsiniz.