MEK-də növbəti kitab hədiyyəsi aksiyası
  
209

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) növbəti kitab hədiyyə aksiyasını həyata keçirib.

MEK öz mübadilə fondundan N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına 69, AMEA Elm Tarixi İnstitutuna 21, Konstitusiya Araşdırmalar Fonduna 214 nüsxə kitab hədiyyə edib. Kitablar arasında dərsliklər, lüğətlər, bədii əsərlər, konfrans materialları ilə yanaşı müvafiq olaraq institut və təşkilatların  profillərinə uyğun ədəbiyyatlar üstünlük təşkil edir.

Xatırladaq ki, MEK yeni ənənənin tətbiqinə 2016-cı ilin may ayından başlayıb. Bu günə qədər onlarla müəssisə və təşkilata minlərlə kitab bağışlanılıb.

İctimaiyyətlə əlaqələr bölməsi
(012) 537 19 82
pr.mek.az@gmail.com