“Göyçə mahalının kameral təsviri” kitabı MEK-ə təqdim olunub
  
246


AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Nəzir Əhmədlinin “Göyçə mahalının kameral təsviri” adlı kitabı təqdim olunub.

Kitabda Qərbi Azərbaycanın Göyçə Mahalında 1831-ci və 1842-ci illərdə çar məmurları A. Rıjkov və A. Korallov tərəfindən tərtib edilmiş kameral təsvirlərdə əhalinin adbaad siyahısı, yaşı və milli tərkibi, sayı ilə yanaşı, mahalın təbii ehtiyatları, heyvanat və bitki aləmi, dağları, çayları, gölləri, yolları, əhalinin məşğuliyyəti, vergilər və s. ətraflı şəkildə təsvir olunub.

Müəllif  “Ön söz”də mahalın tarixindən geniş bəhs edib.


İctimaiyyətlə əlaqələr bölməsi
(012) 537 19 82
pr.mek.az@gmail.com