Alparslan Demirin kitabları MEK-də
  
253

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli  Mərkəzi Elmi Kitabxananın (MEK) fonduna Alparslan Dəmirin bir neçə kitabını, tarixi mövzuda yazdığı “Bozdoğan Camaati”, “Tokat Nikah defteri”, “Gümüşhane” və “Türk tarihinə dair yazılar”  adlı əsərlərini hədiyyə edib. 

Müəllifin “Türk tarihinə dair yazılar”  kitabı 30 il Dədə Qorqudun izinə düşən professor Üçler Bulduka ithaf olunub. Beş fəsildən (siyaset, teşkilat, göç ve iskan, şehir ve ekonomi, kültür ve sanat) və cəmi 31 məqalədən ibarət olan kitabda türk, fars, ərəb, rus, ingilis, alman, macar, qırğız, özbək, osmanlı mənbələrindən istifadə edilib.

Müəllif Prof.Dr. Üçler Buldukla olan söhbətlərini, ondan aldığı reportajı da oxuculara təqdim edib. Elmi əsərdə Türkiyə, Qırğızıstan, Qazağıstan, Özbəkistan, Azərbaycan, Monqolustan və Rusiyanın müxtəlif universitetlərində təhsil almış tələbələrin və tarixçilərin araşdırmalarına da yer ayrılıb.  

Kitab 5 min illik türk tarixinə dair hazırlanmış növbəti bilgilər toplusudur.  

İctimaiyyətlə əlaqələr bölməsi
(012) 537 19 82
pr.mek.az@gmail.com