MDU Bakı filialının tələbələri MEK-i ziyarət ediblər
  
187

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Kimya fakültəsinin I  kurs  tələbələri  AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.

Görüş çərçivəsində MEK-in Fondların formalaşdırılması sektorunun əməkdaşı Xədicə Ağayeva kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. İlk olaraq tələbələrə MEK-in istifadəçisi adını qazanmaq üçün qeydiyyat qaydaları izah edildi. Daha sonra sərgi salonu, yardımçı fondlar və oxu zalları, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış oldular. Rəqəmsallaşdırma şöbəsinin və biblioqrafiya sektorunun işini əyani surətdə izlədilər. Zəngin fonda malik  MEK-in Nadir Kitab Fondu tələbələrdə xüsusilə böyük maraq doğurdu. Fondun ən qədim kitabları ilə yanaşı, həcmcə ən böyük və ən kiçik kitablarına (miniatür kitablar kolleksiyasına)  da baxış keçirildi. Ziyarət zamanı tələbələrin kitabxana ilə bağlı sualları cavablandırıldı, maraq doğuran kitablara nəzər salındı. İnteraktiv oyun keçirildi, fakültənin müəllimi tələbələrə tapşırıq verdi. Tələbələr ənənəvi və elektron  kataloqda axtarış aparıb onlara lazım olan ədəbiyyatın biblioqrafik təsvirini tapdılar.

Sonda tələbələr xatirə şəkli çəkdirərək kitabxanadan və oxucular üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını bildirdilər.

 

 

 

İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

pr.mek.az@gmail.com

 

FirstPrev123NextLast