Nadir kitab fondunda mühafizə olunan kolleksiyalar

1. Nadir kitab fondunda mühafizə olunan  kolleksiyalardan ən irisi tanınmış numizmat-alim Y.A.Paxomovun şəxsi kolleksiyasıdir. Kolleksiya 4188 nüsxə sənəddən ibarət olub, 1968-ci  ildə alimin ölümündən bir neçə il sonra həyat yoldaşı tərəfindən hədiyyə olaraq kitabxanaya verilmişdir.

2. Tarix Muzeyinin kolleksiyası – 2500 nüsxə sənəddən ibarətdir, 2015-ci ildə AMEA-nın Tarix muzeyi tərəfindən MEK-ə hədiyyə olunmuşdur.

3. Miniatür nəşrlər kolleksiyası - 640 nüsxə sənəddən ibarətdir və bu kolleksiyanın sənədləri uzun illər həm fonddan, həm kitabxanaya daxil olan yeni sənədlər içərisindən formatına uyğun seçilərək toplanmışdır.

4. 2016-cı ildə  MEK –in təşəbbüsü ilə Poçt nişanı kolleksiyası yaradılmışdır.  Kolleksiyanın yaradılmasında Azərmarka MMC şirkətinin böyük köməyi olmuşdur. Şirkət Azərbaycanda çap edilmiş markaların elektron variantını kitabxanaya təqdim etmişdir. Hal-hazırda  kitabxananın Nadir fondunda mühafizə olunan kolleksiya 745 ədəd Poçt nişanından ibarətdir. Onlardan 19 ədəd  markanın əsli, 726 ədəd elektron variantdır. Yeni markalar çap olunduqca kolleksiyaya əlavə edilir.

5. Dünyanın qədim xəritələri kolleksiyası isə MEK-in təşəbbüsü ilə yaradılmışdır. Hal-hazırda kolleksiyaya 387 elektron xəritə daxildir. Bu xəritələrdən 51 nüsxəsi Azərbaycanın qədim tarixinə aiddir. Kolleksiya Nadir kitab fondunda mühafizə olunur.



Şərq ədəbiyyatı fondunda mühafizə olunan kolleksiyalar


1)  İslam və Ərəb ölkələrinin Orta əsrlər tarix üzrə mütəxəssis Yevgeni Aleksandroviç Belyayevin şəxsi kolleksiyası 1979-cu ildə Azərbaycan SSR EA Əsaslı kitabxanasına verilmişdir. 229 nüsxədən ibarət olan şəxsi kolleksiyanın 220 nüsxəsi Ərəb, 9 nüsxəsi isə Fars dilindədir.

2)  Bertels Yevgeni Eduardoviç şərqşünas alim SSRİ EA-nın(1939), İran EA-nın (1944), Türkmənistan EA-nın (1951), Dəməşqdə Ərəb EA-nın (1955) müxbir üzvü olmuş, “İslam Ensiklopediyası”nın birinci nəşrinin müəlliflərindən biri olmuşdur. Şəxsi kolleksiyası alimin vəfatından (1957) sonra Azərbaycan SSRİ EA MEK-in Şərq ədəbiyyatı fonduna daxil edilmişdir. Bu zəngin kitab xəzinəsində 4253 nüsxə sənəd vardır. Bunlardan 2340 nüsxə Şərq və Avropa, 1913 nüsxə isə rus və digər SSRİ xalqlarının dillərindədir. Bu kolleksiyada Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid çox nadir, qiymətli sənədlər əhəmiyyətli yer tutur.

3) Diplomat Zahid Yusifoğlu Hüseynzadənin şəxsi kolleksiyası MEK-in Şərq ədəbiyyatı fonduna 1984-cü ildə daxil olmuş, 1917-1980-ci illərdə nəşr olunmuş 467 nüsxə Türk, Ərəb və Avropa dillərindəki sənədlərdən ibarətdir. 467 nüsxədən ibarət olan kolleksiyanın 440 nüsxəsi Türk, 13 nüsxəsi Ərəb və 14 nüsxəsi Avropa dillərində olan sənədlərdir.

4) Şərqşünas, Orta əsrlər Yaxın və Orta Şərq tarixi üzrə iranşünas alim Boris Nikolayeviç Zaxoderin şəxsi kolleksiyası 1990 nüsxədən ibarətdir.

5) Dünya miqyasında tanınmış türkoloq alim, Macarıstan EA-nın həqiqi üzvü, akademik Georg Hazainin şəxsi kitab kolleksiyası 2011-ci ildə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vilayət Quliyevin təşəbbüsü ilə AMEA MEK-ə hədiyyə edilmişdir. 1814 nüsxədən ibarət olan kolleksiyanın 1273 nüsxəsi Türk, 541 nüsxəsi isə Avropa dillərindədir.





İSTİFADƏÇİLƏRƏ XİDMƏT VƏ  NƏZARƏT BÖLMƏSİNDƏ  

(YARDIMÇI FONDLARDA) MÜHAFİZƏ  OLUNAN   

KOLLEKSİYALARIN   SİYAHISI


1. Naxçıvan Bölməsinin kolleksiyası

Naxçıvan Bölməsinin kolleksiyası AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılıb. Kolleksiya 217 nüsxə sənəddən ibarətdir. Yer elmləri üzrə yardımçı fondda yerləşdirilərək oxucuların istifadəsinə verilib. Kolleksiyaya tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid sənədlər daxildir. Bundan başqa kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də var.

2. Akademik Həsən Əliyevin kolleksiyası

Əməkdar elm xadimi, akademik, dövlət mükafatı laureatı Həsən Əliyevin kitab kolleksiyası MEK-ə 21 oktyabr 2016-cı il tarixində AMEA Coğrafiya İnstitutunun kitabxanası tərəfindən hədiyyə edilib. Kolleksiyaya 488 nüsxə sənəd daxildir. Bunlardan 410 nüsxə rus dilində, 73 nüsxə Azərbaycan dilində, 5 nüsxə isə xarici dildədir. Yer elmləri üzrə yardımçı fondda yerləşdirilərək oxucuların istifadəsinə verilib.

3. Professor Qara Əhmədovun kolleksiyası

Arxeologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü  Qara Əhmədovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Yer elmləri üzrə yardımçı fondda yerləşdirilərək oxucuların istifadəsinə verilib. Kolleksiyaya 102 nüsxə sənəd daxildir. (ardı gəlməkdə davam edir..)

4. Rüfət Kasumovun  kolleksiyası

İqtisad elmlər doktoru Rüfət Kasumovun kolleksiyası özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 404  nüsxə  sənəddən ibarətdir.

5. Əli Bayramovun kolleksiyası

Görkəmli alim, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun kitab kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 69 nüsxə sənəddən ibarətdir. Bunlardan 13-ü azərbaycan, 2-si ingilis, 54-ü isə rus dilindədir.

6. AMEA-nın müxbir üzvü Ənvər Şıxlinskinin kolleksiyası

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun mərhum direktoru, akademiyanın müxbir üzvü, coğrafiya elmləri doktoru Ənvər Şıxlinskinin kolleksiyası Coğrafiya institutu tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 755 nüsxə sənəddən ibarətdir.

7. İmran Məmmədovun kolleksiyası

İmran Məmmədovun kolleksiya ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 552 nüsxə  sənəddən ibarətdir.

8. Xalq yazıçısı Mirzə İbrahimovun kolleksiyası

Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim, Mirzə İbrahimovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 286 nüsxə  sənəddən ibarətdir.

9. Professor Abbas Zamanovun kolleksiyası

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Abbas Zamanovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub.  Kolleksiya 2417 nüsxə  sənəddən ibarətdir.

10. Professor Seyidağa Onullahinin kolleksiyası

Tarix üzrə elmlər doktoru, şərqşünas, professor Seyidağa Onullahinin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 39 nüsxə  sənəddən ibarətdir.

11. Professor Xudu Məmmədovun kolleksiyası

İctimai-siyasi xadim, professor, Geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 666 nüsxə  sənəddən ibarətdir.

12. Akademik İmam Mustafayevin kolleksiyası

Bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi İmam Mustafayevin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 1018 nüsxə  sənəddən ibarətdir.

13. Akademik Mikayil Useynovun kolleksiyası

Azərbaycan memarı və memarlıq tarixçisi, professor Mikayil Hüseynovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 227 nüsxə  sənəddən ibarətdir.

14. Professor Rudolf İvanovun kolleksiyası

Professor, rus qafqazşünası Rudolf İvanovun kolleksiyası H.Əliyev fondu tərəfindən hədiyyə olunub. Kolleksiya 209 nüsxə  sənəddən ibarətdir.

15. Professor Aleksandr Umnyaşkinin kolleksiyası

Professor, həkim  Aleksandr Umnyaşkin kolleksiyası özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 341  nüsxə  sənəddən ibarətdir.



                          Akademiklərin  zalında mövcud olan kolleksiyalar

   

Xarici ölkələrin Azərbaycan Respublikasındakı nümayəndəlikləri tərəfindən hədiyyə olunmuş kolleksiyalar:


1. Türkmənistan Respublikası səfirliyinin kolleksiyası – 2 nüsxə sənəddən ibarətdir.


2. Türkiyə Cümhuriyyəti səfirliyinin kolleksiyası- 49 nüsxə sənəddən ibarətdir.


3. Koreya Respublikası səfirliyinin kolleksiyası - 4 nüsxə sənəddən ibarətdir.


4. İordaniya Haşemi Krallığı səfirliyinin kolleksiyası – 40  nüsxə sənəddən ibarətdir.


5. Birləşmiş Ərəb Əmirliyi səfirliyinin kolleksiyası – 49 nüsxə sənəddən ibarətdir.


6. Mərakeş Krallığı səfirliyinin kolleksiyası – 1 nüsxə sənəddən ibarətdir.


7. Serbiya Respublikası səfirliyinin kolleksiyası – 17 nüsxə sənəddən ibarətdir.


8. Macarıstan Respublikası səfirliyinin kolleksiyası – 5 nüsxə sənəddən ibarətdir.


9. Misir Ərəb Respublikası səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kolleksiyası– 99 nüsxə sənəddən ibarətdir.


10. Yunanıstan Respublikası səfirliyinin kolleksiyası – 14 nüsxə sənəddən ibarətdir.


11. Kolumbiya Respublikası səfirliyinin kolleksiyası – 7 nüsxə sənəddən ibarətdir.


12. Litva Respublikası səfirliyinin kolleksiyası – 2 nüsxə sənəddən ibarətdir.


13. İran İslam Respublikası səfirliyinin kolleksiyası - 259 nüsxə sənəddən ibarətdir.


14. Yaponiya səfirliyinin kolleksiyası - 72 nüsxə sənəddən ibarətdir.


Azərbaycan Respublikasının xaricdəki nümayəndəlikləri tərəfindən  hədiyyə olunmuş  kolleksiyalar:


1. Polşa Respublikası - 140 nüsxə sənəddən ibarətdir.

2. Macarıstan Respublikası - 112 nüsxə sənəddən ibarətdir.

3. Moldova Respublikası - 33 nüsxə sənəddən ibarətdir.

4. ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluq - 2 markadan ibarətdir.


Mərkəzi Elmi Kitabxanada mühafizə olunan bu çox qiymətli şəxsi kitab kolleksiyaları elmi və bədii əsərlərlə, böyük tarixi əhəmiyyəti olan nadir nüsxələrlə zəngindir. Və bu qiymətli xəzinədən MEK-ə ayaq qoyan hər oxucuya pay düşür.