Şöbələr

Müxtəlif layihələr çərçivəsində proqramlaşdırmalar, kitabxana və xidmət, həmçinin daxili idarəetmə proseslərinin avtomatlaşması sahəsində zəruri olan müasir texnologiyaların, proqram təminatlarının hazırlanması və ya mövcud texnologiyaların və proqram təminatlarının tətbiqi və fəaliyyətinə nəzarəti, informasiyanın qorunması və təhlükəsizliyi, sayt və veb-səhifələrin tərtibatı işini həyata keçirir. Bu şöbənin proqram çalışmaları nəticəsində MEK-in müxtəlif komponentləri vahid idarəolunma sistemində birləşir. Şöbədə dörd bölmə fəaliyyət göstərir.

Texniki avadanlıqlarda və proqramlarda yaranan nasazlıqları aşkar edir və mümkün müdaxiləni həyata keçirir.

Müxtəlif rəqəmsallaşdırma avadanlıqları vasitəsi ilə məlumat mənbələrini (kitab, foto şəkil, xəritə və s..) rəqəmsallaşdırır, elektron istifadə üçün rahat formata çevirir və yaddaşda saxlanması işini həyata keçirir.
Avtomatlaşma prosesinə xidmət edən idarəetmə sistemləri üçün proqram təminatlarını hazırlayır və kənar mənbələrdən cəlb edilmiş proqram təminatlarına müvafiq texniki xidmətlər göstərir, həmçinin verilənlər bazasını idarə edir.

Dizayn və tərtibat bölməsi.
Müxtəlif növ dizayn və tərtibat işlərinin həyata keçirilməsi, həmçinin rəqəmsallaşdırma zamanı köhnə materialların elektron formatda restavrasiya edilməsi və yenidən istifadə üçün yararlı formaya gətirilməsini təmin edir.


Azərbaycanın tarixi, mədəniyyəti, dili, dini, elmi, siyasəti, qanunvericiliyi, mətbuatı, cəmiyyəti, fərdləri, hadisələri, tədbirləri, əlyazmaları, web səhifələri, bloqları, saytları, bir sözlə, Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda Azərbaycan və azərbaycanlılara aid hər şeyi sistemləşdirilmiş və rəqəmsallaşdırılmış vəziyyətdə dünya ictimaiyyəti və azərbaycanlı oxucusunun istifadəsinə təqdim edir. Məlumatların MRY-ə daxil edilməsi məqsədilə yerli və xarici arxivlər, kitabxanalar, fondlar, muzeylər, təhsil ocaqları, elmi–tədqiqat institutları, media, ictimai qurumlar, şəxsi kolleksiyalar səfərbər olunur.

Layihənin icrası üzrə tərəfdaş strukturlarla əməkdaşlığın aparılması və prosesin fasiləsizliyini təmin etmək üçün mütəmadi əlaqələrin saxlanmasını həyata keçirir.

Elmi tədqiqat mərkəzləri, universitetlər, akademik tədqiqat institutları və s. elmi qurumlarda mövcud olan fiziki və elektron elmi materialların bir bazada cəmləşməsini və istifadəyə verilməsini təmin edir.

Sərbəst istifadəçilər tərəfindən formalaşdırılan elektron resursların daha səmərəli və sistemli şəkildə zənginləşməsinə dəstək olur.


İnnovativ layihələr şöbəsi

İnnovativ layihələr şöbəsi kitabxana və informasiya resursları sahəsində proseslərin optimallaşması və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə innovativ layihələri hazırlayır və icrasını həyata keçirir. Şöbə daxilində üç bölmə fəaliyyət göstərir.

İnnovasiyaların və qabaqcıl təcrübələrin öyrənilməsi, müəssisənin fəaliyyətinə uyğunlaşdırılması və tətbiq edilməsi işini həyata keçirir.

İnnovativ layihələrin icrasında himayədarların, təqdim edilən layihə üzrə maliyyə mənbələrinin axtarılması və layihə icra edilənə qədər əlaqələndirmənin aparılmasını həyata keçirir.

Yeniliklərin tətbiqi nəticəsində kadrların uyğunlaşması üçün təlimlərin keçirilməsini və ya kənar təlimçilərin cəlb edilməsini təmin edir.


Mərkəzi Elmi Kitabxananın istifadəçilərinə zəruri xidmətlərin göstərilməsi üçün müvafiq bölmələrin işini əlaqələndirir və resursların optimal istifadəsini təmin edir. Şöbə aşağıdakı bölmələrdən ibarətdir.

Kitabxananın resurs təminatı mənbələrinin müəyyən edilməsi, müvafiq resursların cəlb edilməsi üçün danışıqların aparılması, resursların alış sifarişlərinin verilməsi işini həyata keçirir.

Kitabxanaya daxil olan resursları qəbul edir, sifariş vərəqəsi ilə daxilolmalara nəzarət edir, müvafiq inventar nömrələrinin verilməsini, ştrix kodların və RFİD çiplərin vurulmasını və nüsxələrin müvafiq fond saxlancına göndərilməsini təmin edir.
Cari daxilolmalar və retrospektiv qaydada kitabxanada olan resursların elektron təsvirlərini yaradır.

MEK-in xidmətlərindən faydalanacaq istifadəçilərin qeydiyyatı, onların sifariş etdikləri resursların təmin edilməsi və geri qəbul edilərək müvafiq saxlanca göndərilməsini həyata keçirir.

Oxu zallarında təmizliyin, temperaturun, asayişin qorunmasını, avadanlıqların işləkliyini təmin edir və zərurət yarandıqda istifadəçilərə yardımçı olur.

İstifadəçilərin və MEK rəhbərliyinin tələbi ilə akademik tədqiqat aparmaq istəyənlər üçün biblioqrafik sorğuları cavablandırır.

Fondların mühafizəsi bölməsi.

MEK-in balansında olan fiziki resursların saxlanclarda yerləşməsini, qorunmasını, istifadəçilərə göndərilməsini, geri qəbul edilərək rəfdə öz yerinə yerləşdirilməsini, zəruri resursların bərpasını təmin edir.


Azərbaycanın kitabxana – informasiya məkanının dünya informasiya məkanına inteqrasiyasını təmin etmək üçün Kitabxana – xidmət, İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi, İnnovativ layihələr və Milli Rəqəmsal yaddaş şöbələri birgə layihə və təşəbbüslər üzərində - “Milli Rəqəmsal Yaddaş”, “Vahid İnteqrativ İdarəetmə sistemləri”, “İnformasiyanın konveyer üsulu ilə emalı” – çalışır.


Ümumi şöbə

Ümumi şöbə 5 bölmədə fəaliyyət göstərir.

MEK-ə daxil olan məktub və digər rəsmi sənədlərin işlənməsi, arxivlənməsi, izlənməsi və sənəd dövriyyəsinin digər işlərini həyata keçirir.

İnsan resursları bölməsi.
MEK-in işçi heyətinin işə qəbul prosedurlarının icrası, motivasiya və kadrların inkişafı siyasətini həyata keçirir.

MEK-in fəaliyyətində maliyyə-pul hərəkətlərinin icrasını təmin edir və dövlət qurumları tərəfindən tələb olunan hesabatları hazırlayıb təqdim edir.

MEK-in fəaliyyətində zəruri hüquqi sənədlərin hazırlanması, bütün müqavilələrin imzalanmazdan öncə nəzərdən keçirilməsi və zərurət yarandığı təqdirdə məhkəmə orqanları qarşısında MEK-in təmsil edilməsi vəzifəsini icra edir.

İşçi heyətin peşə xəstəliklərinin profilaktikası, bilavasitə iş yerlərində maarifləndirmə işlərinin aparılması, istifadəçilərin iş şəraitinin nəzarətdə saxlanılması, işçi heyətin səhhətində sağlamlıqla bağlı problemlər yarandıqda ilkin ambulator müayinənin və ilk yardımın həyata keçirilməsi, daha geniş müayinə və müalicəyə ehtiyac yarandıqda müvafiq istiqamətləndirmənin aparılması işini görür, skrininq müayinələrin keçirilməsini və beynəlxalq ekspertlər tərəfindən mühazirələrin oxunulmasını təşkil edir.


Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi nəzəri problemlər, tərcümə, lektoriya və sərgi salonları, saytın yaradılması və idarəolunması ilə yanaşı, MEK-in fəaliyyətində yerli və xarici qurumlarla, ictimaiyyətlə, diplomatik nümayəndəliklərlə, beynəlxalq təşkilatlarla, tərəfdaşlarla kommunikasiyanın təşkilini həyata keçirir. Şöbə iki bölmədən ibarətdir.

Ölkə daxilində MEK-in cari fəaliyyətini, həyata keçirdiyi layihələri, zəruri müraciətləri geniş ictimaiyyətə çatdırır.

Ölkə xaricində MEK-in kommunikasiyasının təşkili, həmçinin ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasını təmin edir.


İnzibati şöbə MEK-in inzibati binasında və həyətyanı sahəsində təsərrüfat işlərini tənzimləyir. Şöbədə beş bölmə fəaliyyət göstərir.

Xidmətçi, fəhlə, havalandırma mütəxəssisləri, elektrik, su təchizatı və s. kimi təsərrüfat işçilərinin gündəlik fəaliyyətlərini və iş bölgülərini həyata keçirir.

MEK-in fəaliyyəti üçün zəruri malların, o cümlədən alətlərin və digər vasitələrin qəbulu və bölüşdürülməsinin təşkili və nəzarətdə saxlanılmasını təmin edir.

MEK-in fəaliyyətində ortaya çıxacaq hər hansı bir təhlükənin aşkarlanması və vaxtında qarşısının alınmasını təşkil edir.
İnzibati binanın daxilində və həyətyanı sahədə mövcud olan bütün yaşıllıqlara xidmət edir.

İctimai iaşə xidməti.
İşçi heyətin, MEK xidmətlərinin istifadəçilərinin və MEK-də keçirilən müxtəlif miqyaslı tədbirlərin iştirakçılarının MEK ilə müqavilə şərtləri çərçivəsində çay/qəhvə/nahar ilə təmin edilməsini həyata keçirir.